adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2022 15:26
1178
ƏDƏBİYYAT

Heç o torpaqlara getməyin...

Tanınmış yazar Kəmalə Abiyeva Vaqif Poeziya Günləriylə bağlı fikirlərə münasibət bildirib.
Adalet.az bildirir ki, yazıçı Şuşaya gedənləri qınamağı yersiz adlandırıb.

"Xoş gördük hamınızı. Şuşadan-Vaqif poeziya günlərindən gələnlər də xoş gəldi. Nə yaxşı ki, sağ -salamat qayıtdılar.Nə yaxşı ki, Şuşaya getmək istəyən çoxdu. Mən "niyə mən getməyim, başqası bir-neçə dəfə getsin" deyənləri başa düşürəm, haqq da verirəm. Elələri var gedir-gəlir, əl çəkmir gedim deyə. Kiminsə kimdənsə xoşu gəlmir adını yazmır və s. Mənə də bir ay öncə demişdilər "sizi də aparaq növbəti səfərlərdə", "yox" demişdim.Bəlkə mən də,ya başqası da siyahi tutsa, öz dost-tanışını yazar? Olmazmı? Olar.

Şəkil çəkdirirlər, paylaşırlar. Düzdü, mən başqa cür paylaşımlar edərdim, amma olsun. Hər kəsin öz fikri var.

Mən gedənləri lağa qoyanları, təhqir edənləri başa düşmürəm. Heç ermənilər orda gəzəndə bu qədər təpki vermirdilər. Demirəm xoşlarına gəlirdi, amma belə sərt münasibətlərinə rast olmamışam. Nə baş verir? Ziyalısız siz? Adam hər bildiyini, bilmədiyini danışmaz. Vaqifi vətən xaini elədilər. "Şuşaya gedə bilmərik, qan qoxusu gəlir" dedilər. Qarabağ lazım deyilmiş... Deyirdiz bəzəkli xonçalarda gətirəcəklər Şuşanı, Laçını, Kəlbəcəri? Əlbəttə, Vətəni Vətənin nə olduğunu anlayanlar qoruyur. Siz dedi-qodu yapın.
Qarabağa, Şuşaya ilk gedənlər elə şəhid ailələri olub. Şəhid anaları əyilib o torpağı öpüb Ki, oğlum qaytarıb bizə. Ordan torpaq götürüb gəliblər. 8 mayda Şuşada şəhid olan Ruslan və Nasir qardaşlarından yazmışam. Könüllü batalyonda son anacan döyüşüblər. 30 ildi övladları, xanımları, ailə üzvləri bu günü gözləyir.Hardan biləsiz ki, bu nə deməkdi? Tək bacıları Lyudmila xanım həsrətlə, yanğıyla getdi Şuşaya. "Qardaşlarımın şəhid olduğu yerə baxdım" dedi. "30 ildən sonra bir az təskinlik tapdım"-dedi. Şəhid övladları da gedir o yerlərə. Qazilərimiz, orda döyüşən oğullarımız var. Utanırsızmı onlardan? Guya ölənlərə canınız yanır? Yurd sevgisi olmayan kiməsə yana bilər? 

Kitab təqdimatında Birinci savaşın qazisi gəlmişdi Rizvan Efendiyev. Adamın bir tərəfi işləmir az qala. 2-ci savaşda da gedib dava salır ki, məni də aparın. Sordum"necə döyüşəcəkdin?". " Bir əlimlə elə güllə atıram ki" -dedi. Neçə-neçə şəhiddən yazdım. Tək övladı gedən ana siz deyəni demədi. Dayanın bir!
Mən də bir yazı adamı kimi  Şuşa ilində nəsə etmək istəyirəm. Şuşa-tamaşa kimi şeir yox, bir az fərqli, maraqlı. Və biz işləyirik. 

Hər kəs öz dediyini,elədiyini ölçüb-biçsin.Əvvəl dəyər verməyi öyrənin ki,dəyər gözləyin.

O torpaqlar indi daha müqəddəsdi! Daha əzizdi! 30 ilin əsarətindən qurtarıb igidlərimiz canı bahasına. İndi "kimsə tanışlıqla gedir, rüşvətlə gedir"yanaşması ilə Şuşaya dəyər verirsizsə bu sizin kiçik kafanızın kiçik düşüncəsidir. Bir azca düşünün. Və heç oralara getməyin-torpağa yaraşmaz..."

Cavid