adalet.az header logo
  • Bakı 18°C
23 Yanvar 2022 13:49
369
HADİSƏ

Goranboydakı qəzada ölən və yaralananların kimliyi bəlli oldu -YENİLƏNİB

Goranboyda baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Adalet.az xəbər verir ki, qəza zamanı ölənlər 1969 cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz və 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızlarıdır. Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı və1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğludur.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərin kafi olduğu bildrilir.

Faktla bağlı araşdırma aparılır. 

***13:11

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.