adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 May 2022 12:44
1045
ƏDƏBİYYAT

Gənc yazar  AYB-yə üzv qəbul olunub - FOTO

Ötən gün Yazıçılar Birliyində (AYB) bu quruma yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrinin təqdim edilməsilə bağlı mərasim keçirilib Mərasimi giriş sözü ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid 25 nəfər istedadlı gəncin Birliyə üzv qəbul olunmasını sevindirici hadisə kimi dəyərləndirdi: "Bu gənclərin əksəriyyəti artıq altı aydan bəri fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin üzvüdür. Onların əksəriyyətinin yaradıcılığı ilə tanışam. İnanıram ki, təxminən 50 il sonrakı Azərbaycan ədəbiyyatının əsasını indiki gənclərin əsərləri təşkil edəcək və xalqımız onlarla qürur duyacaq. Yəqin ki, bugünkü tədbir xoş bir hadisə kimi bu yaradıcı gənclərin yaddaşında uzun müddət qalacaq".

Azərbaycan Yazıçılar birliyinə üzv olan gənc yazarlar sırasında həkim kimi yetərincə öz bacarığı ilə tanınan Pərvin Abbaslı da iştirak edib. O illərdir ki, həm də bədii yaradıcılıqla məşğul olur. Pərvin Abbaslının müxtəlif mətbu orqanlarda şeirləri və esseləri dərc olunub. Müəllifin illər öncə “Rəngarəng həyat” adlı kitabı da dərc olunub. Sonda Yazıçılar birliyinə qəbul olunmuş bütün gənc yazarlara uğurlar arzu edirik.

 

Bünyamin Bünyadzadə