“Fedot Tumusov kimi Rusiyada eyni beyİnə malik deputatlar bir yerə yığılsa...”- Hərbi ekspert

“Bu təklifi verən rusiyalı deputat Vedot Tumusov ya şizofrenikdi, ya da öz beyni ilə yaxından dostluq etmir. Çünki kimsəsiz və küçədə olan itlərin öyrədilməsi elə də asan proses deyil. İtləri çox kiçik bir neçə həftəlik və yaxud da aylıq yaşlarından öyrədilməyə başlayırlar. Onların növündən asılı olaraq müddət dəyişir. Artıq yaşlı itlərin öyrədilməsi mümkünsüz bir prosesdir və uzun zaman tələb edər”
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev rusiyalı deputatın küçə itlərinin müharibəyə cəlb edilməsi təklifinə münasibət bildirərkən deyib. Hərbi ekspert küçə itlərindən İkinci Dünya Müharibəsində istifadə edildiyini bildirib:
“Maraqlı olan odur ki, dünyanın ikinci ordusu olan Rusiya ordusunda on minlərlərlə istehkamçı-mühəndis kadrların olduğu halda Rusiya qanunlarını qəbul etməklə məşğul olan birisi belə bir təkliflər verirsə, deməli Rusiya bu yaxında sahibsiz itlərin səfərbərliyini də elan edə bilər. Belə insanların sahibsiz itlərin səfərbərliyi haqqında qanun qəbul etməsini də istisna etmək olmaz. Daha əvvəllər də Rusiyada tanınmış şəxslər tərəfindən bu tip təkliflər səslənmişdi. Hətta qartallardan PUA əleyhinə vasitə kimi istifadə təklifi də olmuşdu. Amma bunlar heç biri indiyə qədər həyata keçirilməyib. İtlərdən müharibədə istifadəyə dair İkinci Dünya Müharibəsində SSRİ-nin acı bir təcrübəsi mövcuddur və görünür Fedot Tumusov bu təcrübəylə tanış deyil. Sadəcə haradansa bu haqda eşidib.
Xatırladım ki, İkinci Dünya Müharibəsində 1942-ci ilin sonlarına qədər itlərdən tank əleyhinə vasitə kimi istifadə edirdilər. Yəni onların üzərinə partlayıcı maddə bağlayıb düşmən tanklarının üzərinə göndərirdilər və bəlli bir zamandan sonra itin üzərindəki partlayıcı maddə partlayırdı və nəticədə həm it həlak olurdu, həm də tank yararsız vəziyyətə düşürdü. Yəni itlərin üzərindəki bu partlayıcı maddə saat mezanizmi ilə işləyirdi. Amma bəzən elə olurdu ki, həmin itlər alman tanklarının üzərinə deyil, Sovet tanklarının yanına qayıdırdı və partlayış zamanı sovet əsgəri həlak olurdu. Ona görə də bu acə təcrübə 1942-ci ilin sonlarında qadağan olundu. Görünür Fedot Tumusov nə əvvəlki illərdə bu təcrübəylə bağlı prosesləri öyrənmir, nə də öz başıyla dostluq etmir və nəticədə də absurd, insanlığa zidd olan açıqlamalar verir. Fedot Tumusov kimi Rusiyada eyni beynə malik deputatlar bir yerə yığılsa, o zaman belə çıxır ki, Rusiyada artıq sahibsiz itlər də səfərbərlikdən yayına bilməyəcək. Yaxud onlar da yaxın ölkələrə, Ermənistana miqrasiya etmək məcburiyyətində qalacaqlar”.
Qeyd edək ki, rusiyalı deputat Fedot Tumusov sahibsiz itlərin öyrədilərək Ukraynaya qarşı müharibəyə göndərilməsini təklif edib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir

Müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü - FOTO

İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində - FOTOLAR + YENİLƏNİB
