adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Iyun 2022 12:07
714
ŞOU-BİZNES

Əzraili hündürmərtəbəli ev olan məşhurlar:Reper Betadan sonra aktrisa Yonca...

2022-ci ildə artıq ikinci dəfədir ki, Türkiyə şou-biznesinin tanınmış simaları yaşadıqları binadan yıxılaraq həyatlarını itirirlər.

Bu ilin aprelində Türkiyəli reper Beta (Berk Bayındır) da səhər saatlarında İstanbulun Kağıthane rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölmüşdü. 31 yaşlı reperin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib. Hadisə baş verən əraziyə polis və təcili tibbi yardım heyəti cəlb olunub. Həkimlərin səyinə baxmayaraq repçinin həyatını xilas etmək mümkün olmayıb.Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültəpənin ifadəsi isə alınmaq üçün polis idarəsinə aparıldı.

Adalet.az CNNTürk-ə istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Türkiyənin məşhur aktrisası Yonca Türkman Qaziosmanpaşada yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbədəki evinin eyvanından yıxılıb.

Vəziyyətlə bağlı polis və təcili tibbi yardım əməkdaşlarına məlumat verilib. Tibb işçiləri Türkmanın həyatını itirdiyini müəyyən ediblər.
Bir çox seriallarda rol alan Türkmanın evdə tək olduğu, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Sevilən aktyorun daha əvvəl oynadığı seriallar bunlardır; “Tənha canavar”, “Yaxşılıq”, “Adı Sevgidir”, “Evlilik haqqında hər şey” və s.

Aktrisa “Hepsiburada”, “Spotify” və “Bosch” kimi iri reklamlarda da çəkilib.

Əntiqə Rəşid