adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Avqust 2022 13:17
602
GÜNDƏM

ERMƏNİLƏRƏ  VƏTƏNDAŞLIQ ONDA VERİLƏ BİLƏR Kİ,

mən Şuşaya Ağdam-Xocalı-Xankəndi yolu ilə gedim. 37 kilometr yoldur. İnqilabdan qabaq Ağdam uşaqları  mərc gələrdilər ki, kim Şuşaya daha tez  çatar? Axırıncı rekord baza müdiri Ərşadın  oğlu Ayaz Dadaşova məxsus idi (məşhur  kinorejissor, ssenarist, professor rəhmətlik Aydın Dadaşovun  qardaşı) – 18 dəqiqə.

Bəli, bu  yolla getmək  istəyirəm Şuşaya. Düzdür, mən 18 dəqiqəyə getməsəm də  25 dəqiqəyə gedərəm. Necə ki ermənilər maneəsiz Ermənistandan Xankəndinə gələ bilirlər və Laçın  dəhlizini  alternativ  yolla  Azərbaycan çəkib, mən də  maneəsiz Ağdamdan Şuşaya və Kəlbəcərə getmək istəyirəm.