adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2022 13:11
744
GÜNDƏM

Ərdoğanı Putinə bənzədən yunan baş nazir Türkiyəni təhdid etdi: "Çəzalandırılacaq"

Xəbər verdiyimiz kimi, ilin yazından Egey dənizinin cənub-şərqində 12 adanın çəkişməsi Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olub, qarşıdurmaya tərəf gedir.

Yunanıstan Baş nazir Kiriakos Miçotakis Türkiyəni qıcıqlandıran açıqlamalı ilə gərginliyi bir az da dərinləşdirdi. O, "SKAI FM" radiosuna müsahibə verərkən "Əgər (Türkiyə) Avropaya yaxınlaşmaq istəyirsə, təkcə gərginliyi azaltması kifayət etməz, həm də Avropa ölkələrinin suverenliyinə və suveren hüquqlarına şübhə etməyi də dayandırmalıdır. Əgər başqa yolu seçərsə, Avropa perspektivindən daha da uzaqlaşmış olacaq və təbii ki, bu, Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə nəticələri olacaq" deməsi əslində siyasət sferasında adi bir cümlə hesab oluna bilməz.


Baş nazirin "Türkiyə Yunanıstanın suverenliyinə şübhə etməyə davam etdiyi müddətcə Türkiyə-Yunanıstan münasibətlərində hər hansı bir yaxşılaşma mümkün deyil" fikri də siyasətçilər tərəfindən Miçotakisin Türkiyə ilə yaşadığı gərginliyi dünyanın diqqətinə çatdırmaq və diqqətdə saxlamaq cəhdi kimi qiymətləndirildi.


Adalet.az Sabah.com-a istinadən xəbər verir ki, Yunanıstan Baş naziri Kiriakos Miçotakis Yunanıstan Hərbi Dəniz Qüvvələrinin yeni raket gəmisinə “Leytenant Vlaçakos” adının verilməsi mərasimində qalmaqallı açıqlamalar verib. "Sərhədlərimiz yaşıl deyil, mavidir" deyən Miçotakis silahlı qüvvələrini gücləndirməyin onların prioritet planı olduğunu qeyd edib. Qanunsuz hərəkətlərini davam etdirdiklərini nəzərə almayan Mitsotakis Türkiyəni üstüörtülü şəkildə tənqid edib və sərhədi aşan ifadələr işlədib:”Hər kim sərhədləri pozarsa, cəzalandırılacaq. 21-ci əsrdə başqa dövrlərin imperiya baxışlarına yer yoxdur. Problemlər sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll edilir. Bunu xalqlarımız tələb edir və bəziləri sadəcə olaraq mövcud olmayan yerdə düşmən uydurmaqla öz ictimaiyyətinin təsəvvürlərini zəhərləməyə çalışsalar da, bu, böyük səhvdir”.
 


Nəşrin xəbərinə görə, Avropa Xalq Partiyasının Kritdə keçirilən tədbirində də çıxış edən, qarayaxmadan çəkinməyən Miçotakis Ərdoğanın açıqlamalarını Putinin Ukrayna müharibəsindən əvvəlki açıqlamaları ilə müqayisə edib.
Qeyd edək ki, ölkələr arasında gərginlik başlayandan və Yunanıstanın tez-tez Türkiyəni tənqid və təhdid etməsi Prezident Rəcəb Tayyib Ərdoğanın da diqqətindən yayınmayıb Beləki türk liderin bir-birinin ardınca Yunanıstana etdiyi xəbərdarlıqlar Afinada böyük əks-səda doğurub.

Yunanıstanın keçmiş Baş Qərargah rəisi və müdafiə naziri Evangelos Apostolakis Ərdoğanın açıqlamalarını dəyərləndirib. Skai TV-nin qonağı olan Apostolakis Ərdoğanın "Ey yunan, tarixə bax, tarixə qayıt, çox uzağa getsən, əvəzini ağır ödəyərsən. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma”, “Biz oyun oynamırıq, ciddi danışırıq” mesajına diqqət çəkib. Eks nazir şərhində deyib: “Ərdoğan “bir gecə qəfil (ansızın) gələ bilərik” deyəndə, Egey dənizindəki adaların Türkiyənin istəyi ilə bölünməsi ilə razılaşmasaq, yəqin ki, buna məcbur edəcəyi ilə hədələyir”.
Eks nazir Ərdoğanın sonuncu xəbərdarlığını ölkənin baş nazir Kiriakos Miçotakisə xatırladıb və sonda ona sakitləşməyi məsləhət görüb: " Bizə qarşı bu cür qeyri-qanuni təhdidlər buradan davam edərsə, səbrin sonu var. Zamanı gəlsə, yerinə yetiriləcək. Təyyarələrimizə radar kilidlərinin qoyulması yaxşı əlamət deyil”

Əntiqə Rəşid