Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb
Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, axtarış xilas-etmə işləri sürətlə başladılıb.
Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə bağlanıb.
"Təyyarənin qara qutusu tapılıb, araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb", - Türkiyə Prezidenti vurğulayıb.
O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.
Digər Xəbərlər
12 Noyabr 2025 16:42
MDB liderləri Sankt-Peterburqda toplanacaq - Putin açıqladı
12 Noyabr 2025 15:24
Bağçalı: Təyyarə qəzası diqqətlə araşdırılacaq
12 Noyabr 2025 12:49
Paşinyan Bakı ilə danışıqlar üzrə sənədlərin ilin sonuna qədər dərc olunmasəbəbini açıqlayıb
12 Noyabr 2025 12:13
Venesuela müdafiə olunmağa hazırlaşır
12 Noyabr 2025 11:45
Pezeşkian: "Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil"
12 Noyabr 2025 11:31
Çində yeni açılmış körpü uçdu - ANBAAN VİDEO
12 Noyabr 2025 11:19
Moldova 2028- ci ildə Avropa İttifaqına qəbul ediləcəyinə inanır...
12 Noyabr 2025 11:16


Bakı -°C

