adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2022 16:29
439
DÜNYA

Ərdoğan: “PKK/YPG yuvası olan İsveç və Finlandiya NATO-nu unutsun”- TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını terror təşkilatlarına sığınacaq vermələri səbəbindən dəstəkləməməsi dünya gündəminə çox böyük təsir göstərir.

Hətta İsveç Türkiyəyə cavab olaraq ən böyük küçəsində terrorçu PKK –nın bayrağını açaraq qarşı tərəfə böyük hörmətsizlik etdi. Bu arada Kanada parlamentinin yunan əsilli senatoru Leo Husakos “Twitter” hesabında Türkiyənin haqlı mövqeyini tənqid edərək, təxribatçı təklif irəli sürüb. Belə ki, senator Finlandiya və İsveçin alyansa üzv olması üçün Türkiyənin NATO-dan çıxarılmasını təkif edib: Hələlik rəsmi Ankara bu həddini bilməz yunana cavab verməyib.

Adalet.az “Posta qazetesi”-nə istinadən xəbər verir ki, atdığı addımın səhv olduğunu isveçlilər sonradan anlayıblar. Dövriyyəyə İsveç Baş naziri Maqdalena Andersson girdi və müzakirələr yolu ilə Türkiyəylə istənilən problemi həll etməyə hazır olduqlarını bildirdilər:“Türkiyə ilə təmas qurmağa çalışırıq və mümkün problemləri həll etmək üçün Türkiyəyə getməyə hazırıq”.

Onu da deyək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiya dövlətlərinin NATO-ya qəbul edilməsinə etirazının səbəbi var. Türkiyə liderinin fikrincə, NATO təhlükəsizlik təşkilatıdır:” Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.

Daha sonra Ərdoğan fikirlərinə bu sözləri də əlavə edib:“İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar. Sonra qayıdıb nə etdilər? Misal üçün, hazırda Dədəağacda (Yunanıstanda şəhər – red.) ABŞ baza qurub və FETÖ Yunanıstan üzərindən Avropaya səfər edir. Özlərinə verdiyimiz terrorçu siyahısını da görməzdən gəlirlər. Onları hələ də qorumağa davam edirlər. İndi də deyirlər ki, tələbləriniz nədir bilək, ona uyğun olaraq İsveçdən, Finlandiyadan onu istəyək”.

Qeyd edək ki, Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentində çıxış edib. Prezident çıxışında Finlandiya və İsveçin NATO-ya üzvlüklə əlaqədar Türkiyənin etirazlarına münasibət bildirib. O Ankaranın irəli sürdüyü tələblərlə razılaşa biləcəklərini deyib..

P.S. Qəribədi, vallah! Bütün dünya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hesablaşır. Ziddiyət, konflikt yaratmamaq üçün onun diktəsini qəbul edir. Əhalisi 5.3 mln nəfər , ərazisi 338 min km²2 Finlandiya, əhalisi 9.4 milyon nəfər, ərazisi 450.295km² olan İsveç , siz kim olursunuz da 83 milyon əhalisi, 783562.38 km² ərazisi olan Türkiyə kimi hegemon bir dövlətin haqlı iradına təpik atırsınız? Əminəm ki, sayın Ərdoğanın iradəsinə tabe olacaq, dəstək verdiyiniz PKK mənsublarını Türkiyəyə təhvil verəcəksiniz!

Əntiqə Rəşid