adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Avqust 2022 16:32
979
MARAQLI

Ən ideal yaş açıqlandı - evlilik üçün...

Ailə dövlətin hər zaman kiçik bir modeli olaraq qəbul olunur. Sağlam ailə isə güclü dövlətin özülü deməkdir.  Lakin ən uğurlu evlilik yaşı barədə müxtəlif versiyalar həmişə müzakirə mövzusudur. Burada həm psixoıoji həm də digər nüanslar var. Bu barədə mütəxəssislər tərəfindən ideal evlilik yaşı müəyyən edilib. Beləki Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırma ilə ideal evlilik yaşı məlum olub.

   

Lakin Qərb ölkələrində  ümumi evlilik anlayışı gənclərin 20 yaşlarında peşəkar həyatlarının əsasını qoymaları, karyeralarını inkişaf etdirmləri, daha sonra isə 30 yaşlarında ailə qurmalarına əsaslanır. Son illərdə xüsusilə təhsilli qadınlar karyeralarını inkişaf etdirmək istəyi ilə ailə həyatı qurmaq təzyiqi arasında qalıblar. Gənclərin 20 yaşlarında öz karyeralarını və müstəqil şəxsiyyətlərini qurmaqla məşğul olması, daha yetkin yaşda ailə qurması Qərbdə xoşbəxt evliliyin sirri kimi ifadə edilir.

Virciniya Universitetinin Ailə Tədqiqatları İnstitutundan Brad Wilcox və Demographic Monitoring tədqiqat şirkətindən Lyman Stounun birgə müəllifi olduğu məqalədə vurğulanır ki, insanlar uyğun həyat yoldaşları tapmaq və yaxşı seçimlər etmək üçün daha yetkin 30 yaşlarını gözləyirlər. ABŞ-da orta evlilik yaşının qadınlar üçün 29, kişilər üçün 30 olduğu bildirilən məqalədə universitet məzunları arasında bu ortalamanın getdikcə artdığına diqqət çəkilib.

"Ailə Araşdırmaları İnstitutu”nun apardığı araşdırmaya görə isə, boşanmağa ən çox meyilli olan cütlüklər 18-20 yaşları arasında evlənənlərdir. Araşdırmalar göstərir ki, 25 yaşında evlənən birinin boşanma ehtimalı 20 yaşında evlənənə nisbətən 50% azdır.

Mütəxəssislərin fikrincə, ideal evlilik yaşı 25-30 yaş arasıdır.

   

Lakin hesab edə bilərik ki, bir çox məsələr kimi evliıik yaşı anlayışı da nisbidir. Təbii ki, zamanında evliliyin üstünlükləri yetərincədir. Amma orta yaşlarda da evlənib xoşbəxt olanlar da az deyil. Bir sözlə hansı yaşda olmağınızdan asılı olmayaraq xoşbəxtlik sizinlə olsun.


 

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ