adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Oktyabr 2022 12:44
1011
MƏDƏNİYYƏT

Elməddin Cəfərov: “Buna nə ehtiyac var”?

Elməddin Cəfərov ailəsini mediaya çıxarmamasının səbəbin açıqlayıb.

Adalet.az  xəbər  verir ki, aktyor bu barədə  “Magazin Plus”a açıqlama verib.

Aktyor deyib ki, həyat yoldaşı ilə sosial şəbəkədə  şəkil paylaşmağı lazım bilmir.

“Həyatda paylaşılan şeylər var, bir də paylaşılmayan. Mən işimi istedadımı paylaşa bilərəm. Amma özümə aid olan şeylər, öz yaşadığımı yox. Məslən eləsi var yemək yeyəndə, ya da  çiməndə paylaşım edir. Bunun tərəfdarı deyiləm.  Yediyim yeməyi, ailəmlə evdəki söhbəti niyə paylaşım ki? Nə ehtiyac var? Tamaşaçıya  aid olanları, layihələrimi, işimi  paylaşa bilərəm”.

Qeyd edək ki, ixtisasca tarix müəllimi olan aktyor Elməddin Cəfərovun həyat yoldaşı  Zemfira Cəfərova Bakıda orta məktəblərin birində müəllimə işləyir. Onların iki oğul övladı var.

Əntiqə Kərimzadə