adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Yanvar 2023 18:47
725
ƏDƏBİYYAT

Əhməd Qəşəmoğlu: Qədirin qəlbinə könül verən səs

göy üzündən 
yağmur kimi nur yağanda,
göy üzü ən doğman kimi
                       səni çağıranda,
qəlbin qubarlananda,
qeybdən bir səs gəlir –
qədərin səsi...
yer üzündə o səsin adı
                        Qədirin səsi...
min-min ilin uzağından, 
yaxınından gələn səs,
yer üzünün ahından,
sabahından gələn səs...
sirlər aləmində
çiçək-çiçək tellər dolanır,
ilahinin nurun yayır dünyaya...
o telləri kökləyən,
dünyanın taleyini bəstələyən,
                            kimdi elə?
Qədirin qəlbinə
könül verən səs,
ilahi göndərən səs...
köklənir göylərin

kainatın eşqinə,
insan duya bilməyən
aləmlərin  əhdinə...

insanlara sirlər açır,
görür ki, anlayan azdı
hönkürür dönə-dönə...

göy üzündən yağmur kimi, nur kimi 
ruhumuza,
qəlbimizə yağan səs...