Əhməd İsmayılov “Albayrak Media Group”un rəhbərliyi ilə görüşdü - FOTO
Bu gün Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.
Bu haqda Adalet.az-a MEDİA-dan məlumat verilib.
Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları barədə məlumatlandırıb.
"Albayrak Media Group”un rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Digər Xəbərlər
20 Aprel 2024 14:02
Bu xəbərlər əsassızdır - MEDİA-dan AÇIQLAMA
06 Aprel 2024 17:05Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “COP29 silsilə mühazirələri”nə başlanılıb
05 Aprel 2024 16:55MEDİA və Audiovizual Şura müsabiqə elan edib
29 Mart 2024 10:47MŞ İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yaydı
29 Mart 2024 09:48