adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Iyul 2022 10:24
1086
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YUXUDU BƏLKƏ...

"Bir Qadına..." silsiləsindən

Bəlkə də bir yuxudu bu,

Mən gerçək bildiyim yuxu...

Kirpiklərinin ucundan -

Səssizcə sildiyin yuxu...

 

Nə əlini əlim geyib,

Nə telinə toxunmuşam...

"Ya Allah"- ı içdən deyib

Bir misra tək oxunmuşam...

 

Görüş yeri də yuxudu,

Yanaqdan öpdüyüm an da!

Yuxudu Covid testində -

Sevginin çıxması qanda...

 

İçimdə hər gün alışan,

Yuxudu-avqust tonqalı...

Şəkilə köçüb danışan -

Yuxudu, ömrün yonqarı...

 

Hətta buludlar üstündə,

Allaha edilən dua...

Yuxudu, itib tüstümdə -

Sinəmdə közərən yuva!

 

Yuxudu yazılan şeir,

Doğulub qərib şəhərdə...

Yuxudu- ruhu yuata -

Götürən bax , bu qəhər də!