adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 May 2022 09:47
803
ƏDƏBİYYAT

ƏBÜLFƏT MƏDƏTOĞLU: GEDƏCƏM...

Mən,Cənnət  qapısına ,
Adam kimi  gedəcəm...
Bir  buğdanın qurbanı -
Adəm  kimi  gedəcəm!..

Çin-çin   edib ahımı,
Dərk  edib  günahımı...
Səcdəyə, Allahımı -
Hatəm kimi  gedəcəm...

Bu  ürək  diliklənmiş,
Bu  ömür. - külüklənmiş...
Səndən mən çiliklənmiş -
Badəm  kimi  gedəcəm!..

Günümə gün toxuyan, 
Həsrətinin toxuyam!
Mən yazan, sən - oxuyan -
Fatihəm kimi gedəcəm...