adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Yanvar 2022 12:01
958
ŞOU-BİZNES

Ebru Gündəş haqqında dedi-qodu yayıldı: Yaşar İpeklə sevgilidirlər?

Bu ilin mayında türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı, məşhur işadamı Reza Zərrabdan rəsmən boşandı. 

 

46 yaşındakı ulduz iranlı həyat yoldaşı ilə 11 illik evliliyini bitirdi. Mediaya sızan xəbərlərə görə, cütlüyün ayrılmasına səbəb Rezanın müğənni Hadisə ilə Ebruya xəyanəti etməsi oldu. Məhz bu olaydan sonra cütlük yollarını ayırdı.

 

Sevilən müğənninin yeni sevgiyə yelkən açdığı bildirilir.

 

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlər ictimaiyyətdə Ebru Gündeşlə həmkarı Yaşar İpeyin eşq yaşadığı haqqında məlumatlar gəzməkdədir.

 

İpeyin Ebru Gündəşin paylaşımlarını bəyənməsi və onlara rəy yazması bu iddiaları daha da gücləndirib.

 

Şou-biznes gündəmini silkələyən bu xəbərlə bağlı Y. İpək açıqlama verib.

 

“Bu barədə söhbət belə ola bilməz. Ebru Gündəşi həyatım boyu 3-4 dəfə görmüşəm, o da səhnədə olanda... Çox sevdiyim və hörmət etdiyim bir sənətçidir”, - deyə müğənni bildirib.

 

Qeyd edək ki, Türkiyənin tanınmış aparıcı və aktrisası olan Sərən Sərəngil Yaşar İpek ilə evli olub ayrılıb. Bu xəbəri də ilk dəfə “yasak aşk” deyə ictimaiyyətə S.Serengil sızdırmışdı.


Əntiqə Rəşid