adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Avqust 2022 11:44
308
HADİSƏ

DİN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

Avqustun 10-da saat 14 radələrində Yevlax rayonun İrəvanlı qəsəbəsi ərazisində Tovuz rayon sakini Əmrah Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Q.Malımovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, nəticədə sürücü və sərnişini Y.Alıyev xəstəxanaya yerləşdirilib, Ə.Mahmudov orada ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.