DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 14:17
Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə bir araya gəldi
14 Noyabr 2025 13:15
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib - FOTOLAR
14 Noyabr 2025 12:52
Xankəndidə mənzillər satışa çıxarılacaq
14 Noyabr 2025 12:19
“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”
14 Noyabr 2025 12:15
"Sizdən narazıyam, 75 yaşlı kişini yollarda əsir etmisiniz" - "Şərurlu İsfəndiyar"
14 Noyabr 2025 11:00
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
14 Noyabr 2025 09:43


Bakı -°C

