adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Iyul 2022 14:13
302
GÜNDƏM

DİN-in bir qrup zabitinə polis general-mayoru rütbəsi verilib - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.