adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Fevral 2023 13:26
790
ŞOU-BİZNES

Deyəsən, Gürcüstanda müğənni qıtlığıdır:Erməni İru Xeçanova... 

Deyəsən Gürcüstanda müğənni qıtlığı yaşanır.

Adalet.az
xəbər verir ki, Gürcüstanı nüfuzlu “Eurovision 2023” mahnı müsabiqəsində “The Voice” televiziya layihəsinin qalibi olan erməni İru Xeçanova təmsil edəcək.
Bu barədə müsabiqənin rəsmi “İnstagram” səhifəsi məlumat yayıb.
İru Xeçanovanın 22 yaşı var. Tiflis Konservatoriyasının musiqi bəstəkarlığı fakültəsini bitirib. O, 9 yaşında səhnədə çıxış etməyə başlayıb. Bir sıra musiqi yarışmalarında iştirak edib.
"Eurovision 2023" mahnı müsabiqəsi Liverpulda keçiriləcək. Müsabiqədə Ermənistanı gənc müğənni Brunette təmsil edəcək. “Eurovision”un yarımfinalları mayın 9 və 11-də, finalı isə mayın 13-də keçiriləcək. İkinci yarımfinalda həm Ermənistan, həm də Gürcüstan nümayəndələri çıxış edəcəklər.
Qeyd edək ki, 2011-ci ildə Ermənistanda keçirilən “Junior Eurovision” müsabiqəsində üzvlərindən biri İru Xeçanova olan gürcü “Candy” qrupu qalib gəlib.

P,S. Düzü qorxduğum, eyni zamanda gözlədiyim məqam odur ki, erməni İru da “Eurovision 2023” mahnı müsabiqəsində qəflətən "Artsax", "blokada"  təxribatı ilə o gözəllikdə yarışmanı "gül"ə döndərə. Erməni xisləti, harda yaşamasından asılı olmayaraq elə erməni xislətidir, dəyişmir. 

Əntiqə Rəşid