adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Noyabr 2022 00:57
288
İDMAN

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Adalet.az-ın məlumatına görə, görüşdə hesab bərabərləşib.

Qarşılaşmanın 83-cü dəqiqəsində Fullkruq Almaniyanın cavab qolunu vurub. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Adalet.az-ın məlumatına görə, görüşdə hesab açılıb. 

Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Adalet.az-ın məlumatına görə, görüşün ikinci hissəsi başlayıb.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Adalet.az-ın məlumatına görə, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Adalet.az-ın məlumatına görə, görüş saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller

İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.