adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2022 12:31
476
MARAQLI

Daha bir tibbi yenilik - Elm adamlarının tapa bilmədiyi xəstəliyi itlər tapacaq...

Bünyamin Bünyadzadənin təqdimatında....

Tibb elmi bütün dövrlərin ən əsas sahələrindən biri olmaqla günümüzün də ən vacib sferalarından biridir. Bu sahədə dünyada hər gün yeniliklər haqqında məlumatlar əldə edirik. İnsan psxixologiyasında hələ də tam çözülməyən xəstəliklərdən biri olan şizofreniyanın araşdırılmasında Rus alimlərinin yeni maraqlı yanaşmları var. Hələlik ilkin olaraq alimlər şizofreniyanın qoxu ilə müəyyənləşdirilməsinin yeni metodunu işləyib hazırlayırlar. Maraqlısı budur ki, bu elmi araşdırmada itlərdən istifadə olunub. Belə ki, itlər insanların orqanzimlərinin qaz mühitinin molekulyar tərkibinin, yəni qoxularının dəyişməsi ilə xəstə insanları sağlam insanlardan fərqləndirməyi yaxşı bacarırlar.

Sözügedən araşdırmanın birinci mərhələsində itlərə xəstələri qoxularına görə təyin etmək öyrədilib. Daha sonra onlar laboratoriya şəraitində "şizofreniya qoxusu”nunun qaz xromotoqrafiyasını təyin ediblər.

Uzun illərdir ki, bu xəstəliyin diaqnostikası ilə bütün dünya alimləri məşğul olurlar. Amma hələ ki şizofreniya xəstəsini sağlam insandan fərqləndirəcək konkret fiziki göstərici qeydə alınmayıb. Buna görə də rusiyalı alimlərin irəli sürdükləri hipotez elm üçün çox maraqlıdır.

Elm adamlarının fikrincə , axtarış itləri kütlə içərisindən konkret insanın iyini deyil, həm də onun cinsini də təyin etməyə qabiliyyətindədirlər.

Lakin şizofreniya xəstələrinin qoxusunu sərbəst şəkildə ayırd edə bilmirlər. Buna görə də bu sahədə yaxşı nəticələr əldə etmək üçün bir sıra təlimlər keçməlidirlər. Alimlər əvvəl itlərin köməyi ilə şezofreniya xəstələrinin iyini təyin etməyə və daha sonra isə laboratoriya analizlərinin köməyilə onların molekul quruluşunu öyrənmək niyyətindədirlər.