adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 May 2022 14:32
424
MƏMLƏKƏT

Daha 101 gənc, o cümlədən 37 Vətən müharibəsi iştirakçısı polis sıralarına qoşuldu

Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərin daxili işlər orqanlarında işə qəbulu və xidmətdə irəli çəkilmələri DİN rəhbərliyi tərəfindən də hər zaman diqqətdə saxlanılır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şimal bölgəsinə səfəri çərçivəsində bölgə üzrə polis orqanlarında xidmətə qəbulla bağlı gənclərin sıra baxışını keçirib. 
Tədbirdə polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, yeddisi isə şəhid ailələrinin üzvləri olub.