adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2023 11:01
373
HADİSƏ

Dağıntılar altından çıxarılan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.

Adalet.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır:

“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.