adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Dekabr 2021 16:47
523
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.