adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Yanvar 2022 17:05
388
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 277 təşkil edir.