adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyun 2022 15:44
316
DÜNYA

Çin koronovirusla bağlı qadağaları yumşaltdı

Çin ölkəyə gələnlərin, həmçinin COVID-19 xəstələri ilə yaxın təmasda olanların karantində qalma müddətini azaldıb.

Səlahiyyətlilərin sözlərinə görə, ölkəyə gələn insanlar indi yeddi gün karantində qalmalı, daha sonra üç gün evdə səhhətlərinə nəzarət etməlidirlər.

Bundan əvvəl bu halda, qaydalara görə, xüsusi hoteldə 21 gün müddətinə karantin nəzərdə tutulurdu.

Eyni zamanda Çində yüksək və orta yoluxma səviyyələri zonaları birləşdirilib. Qərar yeddi gün ərzində yoluxma sayına dair statistik məlumatlar əsasında qəbul edilir.

Pandemiya zamanı Çində 225,5 mindən çox COVID-19 hadisəsi və virusdan 5,2 mindən çox ölüm təsdiqlənib.