adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Iyul 2022 10:21
950
ŞOU-BİZNES

Canana keçmiş qaynanasından və  ərindən danışdı:" Çox qəddardılar..."

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana (Aynur Həmidova) arasında sular durulmur...

Müğənninin ikinci gəlini gələndən sonra Canana daha aqressiv olmağa başlayıb. O "İntaqram" hesabında bir neçə gün əvvəl belə bir paylaşım etmişdi: "Bir onu bilin ki, necə Mətanət İskəndərli oğlunu müdafitə edir, onun övladı onun üçün övladdır, mənim övladlarım da mənim üçün qiymətlidir. Heç kim balalarımı məndən ala bilməz. Heç kim onları kiminsə yanında başıaşağı edə bilməz. Ali Məhkəməninin qərarının təsdiqlənməsini gözləyirəm. Mənə istədikləri qədər zərbə vursunlar, sonradan gəlmiş gəlini narahat olmasın deyə, mənim üç uşağım anası ilə küçələrdə görüşməyəcək. Ana onların ayağına gedəcək, bunu qarşı tərəf bilsin. Yalnız müvəqqəti nənəsiylə qala bilər deyə, barışığa imza atmışam, ögey ana ilə yox. Üstümə istəyir min polis çağır Mətanət İskəndərli, bil ki, balalarımı sizlərə verməyəcəm. Barışığa da balalrıma görə getdim. Təki onlara xoş olsun. Bilin ki, dəyməzmiş. Siz heç bir zaman sözünüzün üstündə duran qadın deyilsiniz. Zamana buraxıram, mənə etdiklərinizin hesabını Allah verəcək. Ana ilə balanın arasına girənin cəzası böyükdür".


Məsələ hələki öz həllini tapmayıb.


"Salonu bağlamışam, ölkəni də tərk etmişəm. Olanlarla bağlı çox stress yaşayıram. Ağır xəstələnmişəm. Hazırda müalicə alıram. Ali məhkəməni udmağıma baxmayaraq, uşaqlarla rahat görüşə bilmirəm. Mətanət İsgəndərli danışdığımız şərtləri pozdu".


Adalet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Həmidova) OLAY-a açıqlamasında deyib.
O, bildirib ki, İsgəndərli ilə yalnız uşaqlara görə barışıb:
"Ramazan bayramında onlara bütün mülkdən, alimentdən imtina etmək istəyimi dedim və ərizə yazdım. Kərim hər dəfə mənə deyirdi ki, sənə görə vəkillərə və məhkəmələrə 40 min manatımız gedib. Mən də deyirdim ki, o pulu balalarıma xərclə. Ali məhkəməni uddum. Lakin hələ də boşanma kağızım yoxdur. Qətnamə qüvvəyə minməyib".
Canananın sözlərinə görə keçmiş qayınanası onu uşaqlarından uzaqlaşdırır və işini də o bağlatdırıb:
"Təzə gəlini və oğlu narahat olmasın deyə mənim balalarımla görüşümün ancaq küçələrdə olmasını istədi. Uşağıma hədiyyə apardım, öz uşaqlarımın anasına qapı açmasına icazə verilmədi. Mətanət İsgəndərli üstümə polis gətirməklə hədələdi. Sanki düşmənik. Evim yoxdur, kirayədə olduğuma görə uşaqlar yanıma gəlmək istəmir. Ona dedim ki, 6 evdən birini mənə verin balalarımla qalım. Dedi, heç vaxt elə şey olmayacaq. Uşaqlarımı nə yolla olsa da, alacam. Salonu da bilmirəm necə etdilər. Kim edirsə, çox yaxşı düşünüb ki, məni iş yerimdən vurub sıxışdırsalar, pulsuz qalacam və uşaqları geri ala biləcəklər. Salon sahibi dedi ki, bir nəfər var, daha çox pul verəcək. Bir günün içində məcbur olub çıxdım. Kərim o vaxt da işçilərimə deyirdi ki, çıxın, qoy bankrot olsun. Uşaqlarımı öyrədirlər. Böyük oğlum məndən etibarnamə istəyir. Çox qəddardırlar".


Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ilin oktyabrında boşanıb. Cütlüyün 3 övladı var. Uşaqlar məhkəmə qərarı ilə ataya verilib. Daha sonra apellyasiya məhkəməsi uşaqları anaya verib. Qarşı tərəf Ali Məhkəməyə müraciət edib. Hakim yenidən uşaqların qəyyumluğunu anaya verib.

Əntiqə Rəşid