adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2022 11:59
1077
ELM VƏ TƏHSİL

Bunları doğub töküb tərbiyə verə bilməyənlər ...- Şəhriyar Məhərrəmov yazır

Günlər öncə bir yazı yazmışdım.

Azərbaycan məktəblərində müəllim şagird münasibətləri barədə.

(Həmin yazını şərhə qoyacam)

Bir çox insanlar məni qınamışdı ki, sən necə yani müəllimin uşağı vurmasını dəstəkləyə bilərsən?

Dostlar, mən 40 il müəllim işləyən ailədə böyümüşəm. Mən orta məktəblərdə təhsilin və etik davranış qaydalarının necə olduğunu çoxunuzdan yaxşı bilirəm.

Ona görə ki, mən cəmiyyətdə yaşananları da çoxunuzdan daha aydın görə bilirəm.

Biz Norveçdə yaşamırıq. Biz bu cəmiyyətdə yaşayırıq. Bu ölkədə ailələrin böyük əksəriyyəti məktəbə normal insan yetişdirib göndərmir.

Misalüçün baxın Azərbaycanda orta məktəb dərs otağı, balaca küçüklər, masanın üstü "vor, oğru nişanları ilə yazılı, ayaq harda, müəllim sinifdə ola-ola şagirdlərin hərkəti"

Kimdi günahkar?

Əlbəttə sivil, mədəni Avropa qanunlarını yabanı Azərbaycan cəmiyyətində tətbiq etmək istəyən hökümətdə.

Şagird nə edir etsin, onu vurmaq olmaz.

Və nəticədə müəllim işinə görə çarəsiz qalıb qarşısındakı yabanı təbəqəyə güldən ağır söz deyə bilmir.

Nəticə isə bu olur.

Unutmayın heç bir yabanı cəmiyyət tumarlana-tumarlana tərbiyə edilməyib.

Çünkü insan özü bir heyvan növüdür.

Onu da əhilləşdirmək üçün müxtəlif vasitələr var.

Bu gün bəh-bəhlə baxdığınız Avropa ən sərt və amansız qanunlar, cərimələr ilə belə olub.