adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Yanvar 2022 10:17
948
ŞOU-BİZNES

Bülənt Ərsoyun bu davranışı izləyiciləri 2 qrupa böldü: Əlində çətir olan əsgər...

Tanınmış müğənni Bülənt Ərsoyun “Anıt qəbri” ziyarəti zamanı çəkilən bir fotosu sosyal mediada müzakirələrə səbəb olub.

 

Adalet.az Posta qəzetinə istinadən xəbər verir ki, Bülent Ersoy, ötən gün konsert üçün getdiyi Ankarada, Böyük Lider Mustafa Kamal Atatürkün “Anıt qəbri”ni ziyaret edib. “Anıt qəbir”ə əlil arabası ilə gələn Ərsoya, bir dənizçi əsgərin yağışdan qorunması üçün çətir tutduğu fotoda əksini tapıb. Məhz həmin foto izləyiciləri 2 qrupa bölüb. İzləyicilərin böyük bir qismi bir əsgərin bir müğənniyə çətir tutmasını qəbuledilməz olduğunu vurğulasa da, diğər qisim isə sərvətini Mehmetcik fonduna verilməsini açıqlayan Ərsoya, bunun bir saygı nümayişi olduğunu önə çəkiblər.

 

Qeyd edək ki, yaşı 70-ə çatmış “Diva” ləqəbli Bülənt Ərsoyun 40 illik səhnə fəaliyyəti və həyatı barədə film çəkiləcəyi də bildirilir.

 

Əntiqə Rəşid