adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Iyun 2022 15:16
869
İDMAN

Bu yaşda bu məharət...

83 yaşlı yapon macəraçı Kenişi Hori Sakit Okean üzərində təkbaşına dayanmadan səyahət edən dünyanın ən yaşlı insanı olub.

Məlumata görə, ona Yer kürəsinin ən böyük okeanını keçmək üçün iki ay lazım olub.

"Xəyallarınızın sadəcə xəyal olmasına imkan verməyin. Qarşınıza məqsəd qoyun və ona doğru irəliləyin. Sizi gözəl həyat gözləyir", – Hori Yaponiyanın Şikoku adasından səyahətinin son mərhələsi olan Vakayamaya gedərkən peyk telefonu ilə bildirib.

Hori çəkisi 990 kq, uzunluğu 5.8 m olan "Suntory Mermaid III" yelkənli qayığı ilə martın 27-də Kaliforniyanın San-Fransisko şəhərindən yola çıxıb. O, səfərin bəzi hissələrinin çətin keçdiyini, ancaq ailəsi ilə hər gün peyk telefonu ilə əlaqə saxladığını söyləyib.

İyunun 4-də yerli vaxtlasaat2:39-da macəraçı Yaponiyanın qərbindəki Kii yarımadasının sahil sularına daxil olub.

 

Eminquey