adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Yanvar 2023 19:06
649
ƏDƏBİYYAT

Bu gün öz şəxsiyyətini təsdiq etmək üçün polisin... - Aqşin Yenisey yazır

Eyni sözlərlə danışmaq hələ eyni dildə danışmaq deyil.

Oktavio Paz "Labirint" əsərində yazır ki, ABŞ-da pacukoların (Meksikadan gələnlər), afroamerikan gənclərin özünütəsdiq forması ilk olaraq hər hansı bir cinayət törədib həbsxanaya düşməkdir. Çünki bu qanuni cəzanı onlar həbsxanadan çıxandan sonra çiyinlərində kişilik, igidlik rütbəsi kimi daşıyırlar. Cəzanın cəmiyyətdə şəxsiyyətin təsdiqi kimi qəbul olunması ABŞ polisini məcbur edir ki, cinayətkarlığın qarşısını almaq üçün kriminaldan güc alan qondarma şəxsiyyəti qeyri-qanuni yollarla zədələsin. Çünki qanuni cəza vətəndaşa şərəf və ləyaqət gətirir. Buna görə də istər həbsxanada, istər xidmət vaxtı vətəndaşların qeyri-qanuni yollarla cəzalandırılmasına görə ABŞ dövləti dünyada ilk yerlərdədir. Bu yaxınlarda yenə bir qaradərili gənci küçənin ortasında öldürdülər. Ya zəlzələdən ya vəlvələdən bu gün Azərbaycan gəncliyinin böyük bir zümrəsi qanuni cəzanı, həbsxana həyatını öz şəxsiyyətinin təsdiqi kimi anlayır. Cəmiyyətin də böyük bir hissəsi kriminal romantika aludəçisidir. Son otuz ildə Azərbaycan cəmiyyəti pul yığıb nə bir alimə heykəl qoyub, nə bir filosofa. Hara baxırsan kriminal avtoritet heykəlidir. Cəmiyyətin bu etno-psixoloji qüsurunu bir gündə düzəltmək mümkün deyil, cinayətkarlığın isə nə yolla olursa-olsun şöhrətləndirilməsinin mütləq qarşısı alınmalıdır. Bu mənim fikrimdir.

Dünən ABŞ universitetindən dəvət alan və elm dalınca getmək üçün kömək istəyən gənc bir alimimizin müraciətini paylaşmışdım. Özundən başqa rəy yazan olmadı. Bu gün öz şəxsiyyətini təsdiq etmək üçün polisin şəxsiyyətini söyən başqa bir gəncimizdən bir-iki kəlmə yazmışam, millət cəh-cəh vurur rəylərdə.

Buyuq da!