adalet.az header logo
  • Bakı 18°C
25 May 2022 16:40
930
MARAQLI

BU GÜLLƏR BU ÖLKƏLƏRİN SİMVOLU SAYILIR...

Simvolların tarixi hələ çox qədimlərə gedib çıxır. Simvolların yetərincə çeşidləri barədə az çox hamımız bilirik. Bu gün isə sizə dünyanın bəzi ölkələrinin simvolu sayılan güllər barədə danışmaq istədim.

Bəhs edəcəyim ilk ölk Hindistandır.Hindistanın rəmzi hesab olunan gül isə Ağ su zanbağı – Lotus gülüdür.Bu gül bir çox rəssamların əsərlərində, binaların sütunlarında və məbədlərdə təsvir olunur. Hindistanda xanımlar saçlarını bu güllərlə bəzəməyi çox sevir. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Ona görə də hindistanlılar bu güldən çox istifadə edirlər.

Avropada isə İspaniya və İtaliyanın rəmzi zanbaq gülü sayılır. Fransada da ağ zanbağa xüsusi baxılır. LakinAlmaniyada zanbaq gülü ölülərin dünyası ilə assosiasiya edilir.

Qəribə adı və görünüşü ilə seçilən xrizantem gülü isə Yaponiyada çox sevilən güllərdəndir. Həmin gülün rəsmini yaponların pasportunun üzündə də görmək olar. Ən yüksək orden imperator möhürünü simvolizə edən Xrizantem Ordenidir

Amerika Birləşmiş Ştatlarının isə rəmzi hesab olunan gül hamımızın bildiyi qızılgüldür. Bu ölkədə qızılgül ümidləndirən və sevinc bəxş edən gül kimi qəbul olunur. Qeyd edim ki, qızılgül həm də İngiltərənin də rəmzi gülü hesab olunur.

Bundan başqa Amerikada hər ştatın öz rəmzi - gülü var. Texasda valehedici göy rəngli lupin ştatın rəmzi sayılır. Lupin gülləri açanda torpağın üstü sanki mavi rəngli xalça ilə örtülüb.


Hazırladı: Bünyamin Bünyadzadə