adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Noyabr 2022 09:56
922
MARAQLI

Britaniyanın “The Economist” dərgisi 2023-cü ildən yazdı:"Türkiyə dəhşətli bir savaşa..."

2023-cü ildə baş verə biləcək hadisələr Britaniyanın “The Economist” jurnalında dərc olunub.


Adalet.az
“The Economist” -ə istinadən xəbər verir ki, iqtisadi problemlər və geosiyasi gərginlik 2023-cü ildə də dünyanın əsas gündəmi olmaqda davam edəcək. “The Economist” iqtisadi proqnozlarını da sadalayıb:
” Enerji qiymətləri, inflyasiya, yüksək temperatur, quraqlıq, yüksək faiz dərəcələri, iqtisadi tənəzzül və ərzaq qıtlığı Ukraynadakı münaqişənin yaxın aylarda necə nəticə əldə edəcəyindən asılıdır. Ukraynanın sürətlə irəliləməsi Vladimir Putinin təhdidi deməkdir. Ukraynanın Rusiyanı dalana dirəməsi ən çox ehtimal olunan nəticə kimi görünür”.

Bundan əlavə, “The Economist"in təxminlərinə görə, 2023-cü ildə Egeydə Türkiyə-Yunanıstan gərginliyindən sonra Türkiyə tərəfindən bu ölkəyə müdaxilə ola bilər.  Bu da dəhşətli bir müharibəyə çevrilə bilər.
Rusiya diqqətini Ukraynadakı müharibəyə yönəltdikcə, başqa yerlərdə münaqişə riski artır. Rusiya diqqətini sözü keçən ərazilərdən yayındırarkən, həmin ərazilərdə toqquşmalar olması labüdləşəcək. Çin düşünə bilər ki, Tayvana qarşı hərəkət etməyin hələ vaxtı deyil. Amma Himalay dağlarında Hindistan - Çin gərginliyi arta bilər.


Qeyd edək ki, "Economist" jurnalının 2020-ci il üçün ilk (2019-cu ilin noyabrdan çapdan çıxan) nəşrinin üz qabığında müəmmalı hərflər toplusu dərc olundu. Üz qabığındakılar ilk baxışda okulistlərin xəstələrə göstərdiyi irili-xırdalı hərflər yığınına bənzədi. Sonradan şifrələrin mənası açılanda məlum oldu ki, dərgi dünyanın yeni virus girdabına düşəcək həm də virus haqqında Çinin Uhan şəhərində ilk yoluxma hadisəsi qeydə alınmamışdan bir ay əvvəl!

 P.S. Son 3 ildə izlədiyimiz dünya mənzərəsindən bir daha əmin oluruq ki, dünyada heç bir hadisə təsadüfən baş vermir, əksinə çox ustalıqla, cilalanaraq dövriyyəyə buraxılır. Siz də diqqətlə baxın:  KoronaVirusun adını bilmədiyimiz günlərdə (yəni virusun başlamasından 1 ay əvvəl) dünyanın iri dövlətlərinin - Çinin (1,1 trilyon dollar), Böyük Britaniyanın (500 milyard dollar), İtaliyanın (290 milyard 290 dollar), Almaniya (200 milyard dollar) və Fransanın (275 milyard dollar), Rusiya (320 milyard dollar) və İranın (100 milyard dollar), Kanada (100 milyard dollar) və digər ölkələrin (40 milyard dollar) toplam 2 trilyon 915 milyard dollar pulu banklardan çıxarıb ofşor şirkətlərə yatırmaları heç kimsədə şübhələr oyatmadımı, fəlakətin baş verəcəyindən kimsəyə bir siqnal gəlmədimi? Hesab edirəm, artıq dünya Türkiyəni savaşa tam yaxınlaşdırıb və müharibənin başlayacağı an məsələsidir. O səbəbdən dünya idarə edənlərin dərgisində "Türkiyə- Yunanıstan gərginliyini"  "Türkiyə- Yunanıstan müharibəsi" əvəz edəcəyi məlumdur.

Əntiqə Rəşid