adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2022 11:29
860
ŞOU-BİZNES

Boşanma ərəfəsində olan aktrisa fotosu ilə gündəm oldu: Qırmızı rəngli, açıq-saçıq...

Hazırda türkiyəli müğənni-bəstəkar Sinan Akçıl boşanma xəbərləri maqazin proqramlarında, sayt və qəzetlərdə manşet olan əsas xəbərlərdən biridir.

2018- ci ildə evlənən, evləndikləri gündən gah küsən, gah da barışan Sinanla Burcu Kıratlı münasibətlərinə nöqtə qoymaq qərarına gəliblər.

Burcu Kıratlı boşanma iddiasını mediaya ilk olaraq təsdiqlədi, sonra Sinan Akçıl evdən getdiyini bildirdi.

Adalet.az Türkiyə mediasına istinadən bildirir ki, boşanma ərəfəsində olan Burcu Kıratlı ötən axşam anası Gül Erçetingözün ad günü məclisinə qatılıb. Gecəyə tək gedən aktrisa kürəyi və ayağı dekolteli cəsur qırmızı paltar geyinməyə üstünlük verib. İnstaqram hesabında 4,5 milyon izləyicisi olan Kıratlı qırımız rəngli geyimdə müxtəlif pozalarını paylaşıb. Kıratlının pozaları qısa müddətdə 93 mindən çox bəyənmə toplayıb.

Gözəl aktrisanın pozalarına səssiz qala bilməyən Demet Akalın və Buse Varol fotolara “ürək”emojiləri qoyub. Müğənni Safiye Soyman isə "Sən necə də gözəlsən! Maşallah! Allah qadını yaradıb" şərhini yazıb.

Qeyd edək ki, Sinan Burcu ilə 2018-ci ildə ailə qurub, 2019-cu ilə boşanmışdılar. Növbəti dəfə 2021-ci ildə ailə qursalarda, görünən odur ki, cütlük ailəlik həyatında bir birinə güzəştə gedə bilmirlər.

 

Əntiqə Rəşid