adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2022 10:57
334
SİYASƏT

BMT Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib.

Adalet.az-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəsi Guido Ambroso Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O bildirib ki, 2019-2021-ci illərdə 1155 qaçqın və sığınacaq axtarana sənədlərin əldə edilməsi, doğum və vətəndaşlıq aktlarının qeydiyyatı və s məsələlərlə bağlı köməklik göstərilib.(trend)