adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Dekabr 2022 12:41
1030
MƏMLƏKƏT

Bizə soyuq hava yaraşmır

Hava soyuyanda bizim bir çox çətinliklərimiz yaranır. Qazın təzyiqi aşağı düşür, işıqlar tez-tez sönür, istilik sistemi isə normal işləmir. Məsələn, Əhmədlidə yaşayan sakinlərin bəziləri deyirlər ki, dekabr ayının 5-i olsa da, bizim evdə istilik sistemi işləmir. İşləyənlər isə çox zəifdir. Yəni mənzilləri yetərincə qızdırmır. Bir neçə gündür ki, havalar da soyuyub və şaxtalı günlər yaşayırıq. Bax, belə məqamda işıq, qaz və istilik sistemləri normal işləməli, mənzillər qızdırılmalıdı. Heç «Azərbaycan» nəşriyyatındakı 6-cı mərtəbədə yerləşən bizim redaksiyanın otaqlarındakı istilik sistemi də dekabrın 5-də yanmırdı.

Biz görmüşük ki, soyuq havalarda, bayaq dediyimiz kimi, həyati əhəmiyyətli istilik sistemləri normal işləyər. Təəssüf ki, Bakı şəhərində biz bunun çox vaxt əksini görürük. Hələ nə yaxşı ki, işıqlar tez-tez sönmür. İşıqla da sönsə, iş yerləri və mənzilləri qızdırmaq daha çətin olar, soyuqdan ölməsək də, xəstələnərik.

Emil FAİQOĞLU