“Biabırçılıq” deyən xalq artisti atmacanı bəstəkar - müğənniyə atıb?
Xalq artisti Brilliant Dadaşova bu gün status yazaraq ad çəkmədən məşhurlardan birini lağa qoyub.
Adalet.az xəbər verir ki, Dadaşova sosial şəbəkə hesabının hekayə bölməsində öz fotosunu paylaşaraq bildirib ki, həmin şəxs açıq-saçıq geyinir:
"Geyinib yenə açıq-saçıq. Özünü saxlayır arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı "İnteligent" Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən".
Xalq artistinin küsülü olduğu,,qalmaqal yaşadığı kifayət qədər şou-biznes nümayəndəsi olduğunu nəzərə alaraq,kiçik bir araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, xalq artisti böyük ehtimalla Elza Seyidcahanı nəzərdə tutub.
Beləki, bir neçə il əvvəl ARB TV-nin "Ömrün Fəsilləri" verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan verlişdə maraqlı bir açıqlama etmişdi: "Məgər Otellonun Dezdemonanı boğması şou deyildi? Amma bunun arxasında bir səbəb var. Hamletin əmisi dayısını öldürüb, anasına sataşıb - o şou deyil? Ölülər tamaşası - "Kefli İsgəndər" məgər şou deyil? Ancaq Cəlil Məmmədquluzadənin yazısında böyük məntiq var. Müharibə filmlərinə baxırdıq. O, bunu vururdu, bu onu vururdu, ancaq uşaq vaxtı heç nə başa düşmürdük. "Nəsimi" filmində gözləyirdik ki, Nəsiminin dərisini soysunlar, ona baxaq. Orada Nəsiminin dediyi rübailəri, qəzəlləri anlamırdıq. Baxırdıq ki, Atası Şəmsi boğdu, Dövlət bəyin başını gətirdilər. Belə baxanda, bunların hamısı həyati şoulardı. Amma arxasında nələr var. Mikayıl Müşviqi güllələdilər - bu şou deyil? Nəyə görə güllələdilər? İndi Elza Seyidcahan da qəhqəhə çəkdisə, bilmək lazımdır ki, nəyə görə güldü. Mikayıl Müşviqləri, Cəfər Cabbarlıları, Hüseyn Cavidləri, Əhməd Cavadları, Cəlil Məmmədquluzadələri, Mirzə Ələkbər Sabirləri hansı insanlar ki, başa düşmürdülər, nakam bunları öldürdülər. Amma bu gün bəşəriyyət onlara gülür. Onları öldürənlər hardadır? Onları öldürənlərin adı da yoxdur və cəhənnəmdədirlər Allah bilir".
Qeyd edək ki, Brilliant Dadaşovanın izləyiciləri onun xalq artisti Tünzalə Ağayeva, küsülü olduğu Əməkdar artist Lalə Məmmədovaya söz atdığını da düşünürlər
Amma Elza Seyidcahandan başqa heç bir sənətçi klassikləri, eləcə də söz ustadlarını müzakirə etməyib. Ehtimal edirik ki, xalq artisti atmacanı Elza Seyidcahanı hədəf alaraq söyləyib.
Əntiqə Rəşid