adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyul 2022 15:22
1670
MEDİA

Bəlkə MİLLİ MƏTBUATIMIZI urvatsız etməyək? - Murad Nəbibəyovdan günün statusu

İstəyirsiniz inanın... Mən çox qonaqpərvər insanam. Amma sonuncu - qazlı-qazlı gəlib, qozlu-qozlu gedən "qonaq" heç xoşuma gəlmədi...

Otağa girib salam verən kimi uzaqdan bir vəsiqə göstərib dedi "Mən Bakıdan gəlmişəm, "Ədalət" qəzetinin baş redaktoruyam."

Vay dədə,.. soruşuram ki, Aqil Abbasın qəzetinin? Başını aşağı-yuxarı hərəkət etdirir. Deyirəm, qardaş, o qəzetin baş redaktoru mənim ablamdır, mattım-mattım üzümə baxır... Soruşuram ki, nəşriyyatda 6-cı mərtəbədədir redaksiyanız? Deyir yox, 5-ci mərtəbədə...

Axırda dedim, qaqaş, vəsiqəni ver baxım. Vəsiqəni mənə uzadır, uzaqdan "ƏDALƏT" sözünü oxuyuram, yaxından isə o sözün yanında "uğrunda" sözünü görürəm... Nə isə və NƏ İSƏ...

Sözümün canı budur ki, bəlkə MİLLİ MƏTBUATIMIZI urvatsız etməyək, JURNALİST adına, peşəsinə hörmətlə yanaşaq.

P.S. Belə statusları günötürə yaza bilərəm, amma yazmıram. Bu dəfə ona görə yazdım ki, özünün qəzetinin adı əvəzinə başqa qəzetin adını çəkdi yoldaş...