adalet.az header logo
  • Bakı 20°C
23 May 2022 10:22
220
DÜNYA

Baydenin səhvlərini bağışlamamağa çağırış...

Amerikalı teleaparıcı Styuart Varni Fox Biziness kanalının efirində bəyan edib ki, ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə  böhranların davam etməsi, elə dövlət başçısının özünün günahı ucbatindandır.
  
Teleaparıcı hesab edir ki, ölkələrini hələ yeni çətin sınaqlar hözləyir və ona görə də Bayddnin səhvlərini malalamamaq lazımdır. Varni bildirib ki, qiymət artımının bütün günahları amerikan liderinin üzərindədir.
  
Bundan başqa, teleaparıcı Meksika sərhədlərində baş verənlərə görə də Ağ Evin hazırki başçısı cavab verməlidir. Çünki o, nəinki çoxsaylı miqrantların qarşısının alınması üçün heç nə etmir, hətta onların ABŞ -a keçməsi üçün qanunvericiliyi yumşaldıb.
  
İnflyasiyaya gəlfikdə isə, Varninin sözlərinə görə, amerikan lideri "trilyonlara arxalanır" və bunun müqabilində maliyyə müəssisələrinə səlahiyyətsiz əməkdaşları gətirib ki,  bu da Birləşmiş Ştatlarda infilyasiyanın on faizə qədər gətirib çıxarılmasına səbəb olacaq.
  
Rüstəm Hacıyev