adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Iyul 2022 11:12
454
DÜNYA

Ballistik raketlərin və təbiətin fəlakəti zəlzələlər: Son 3 gününün qorxunc xronikası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli hələ bir neçə il əvvəl yer kürəsində zəlzələlərin aktivləşdiyi açıqlamalarında bildirmişdi. Həm də söyləmişdi ki, bu prosesə təbii amillərdən başqa süni amillər də təsir edir:” Məsafədə atılan bombaların, atomların təsiri olur və həmin bölgələrdə zəlzələ və vulkanlar baş verir. Təbii zəlzələ ilə süni və partlayış zəlzələsi bir birindən fərqlənir”.

Hazırda yer kürəsinin mənzərəsi Yetirmişlinin dediyi kimi zəlzələlərlə sarsılır.


Adalet.az –ın təqdim etdiyi, son 4 günün xronikasına diqqət edək:


1. 30 iyun- Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib. Fəsadlar barədə hələ ki, açıqlama verilməyib.
2. 30 iyun-. Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığındakı Siroki Briyeq rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar zamanı tələfat və itki olmayıb.
3. 1 iyul-. Filippində 6 bal gücündə zəlzələ baş verib. Ölən və yaralananlar barədə məlumat verilməyib
4. 2 iyul- İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.Məlumata görə, nəticədə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
5. 2 iyul- Rusiyanın Saxalin regionunda güclü zəlzələ qeydə alınıb. Dağıntılar haqqında məlumat verlmir
6. 2 iyul - Yaponiya ərazisində zəlzələ 5,9 bal gücündə hiss edilib. Fəsadlar barədə hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, seysmoloqların araşdırmalarına görə, ötən il ən çox zəlzələlər Tayvanda baş verib. Tayvanda bir gündə 15 zəlzələ baş verdiyi günlər olub. Zəlzələlər 3.1 və 4.5 bal gücü arasında olub. Ötən ilin ən dağıdıcı zəlzələləri isə İranda, İndoneziyada baş verib.

Əntiqə Rəşid