adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Oktyabr 2022 12:04
612
KRİMİNAL

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanıldı

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bazarda bir qadının çantasından içərisində 220 manatı və sənədləri olan, digər qadının isə içərisində 500 manatı olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılıb.

Adalet.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.