adalet.az header logo
  • Bakı 18°C
19 Avqust 2022 12:46
771
KRİMİNAL

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.

Bu barədə Adalet.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.