adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2022 13:40
374
GÜNDƏM

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Adalet.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxt ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.