Azsaylı xalqlar öz adət-ənənələrini qoruya və inkişaf etdirə biliblər

Avropa iləAsiyanın kəsişməsində yerləşən Azərbaycan öz tolerantlığı ilə adını tarixəböyük hərflərlə yazdırıb. Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi,eləcə də zəngin təbiəti, hələ qədim dövrlərdən müxtəlif xalqları özünə cəlbedib. Ölkəmizi bu baxımdan tarixə düşən bir məskən kimi xarakterizə etmək olar.Çünki Azərbaycan zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi, İslamın isəgeniş yayıldığı bir məkandır.
Tarixi mənbələrdən də məlumdurki, Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yaranıb inkişafetdiyi bir diyardır. Etnoqrafiyamız da, bu baxımdan öz rəngarəngliyi iləseçilir. Misal üçün, ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri,tatlar, molokanlar, ləzgilər, qrızlar, talışlar, kürdlər, ingiloylar, saxurlarvə digər etnik qruplar yaşayırlar. Onların hamısı özünü azərbaycanlı adlandırsada, hər bir qrupun özünəməxsus fərqli mədəniyyət, adət-ənənələri var. Bufərqliliklər məişətdə, mətbəxdə, sənətkarlıqda, eləcə də həyatın digər müxtəlifsahələrində öz əksini tapıb. Bu da onun nəticəsidir ki, Azərbaycanda yaşayanbütün etnik qruplar dövlətimizin onlara yaratdığı imkanlardan yararlanaraq özmədəniyyətlərini qoruyub saxlaya biliblər.
Bütün millətlərin və azsaylıxalqların əsrlərlə birgə yaşayaraq öz milli-mədəni xüsusiyyyətlərini, din vədillərini qoruyub saxlaması heç də asan məsələ deyil. Azərbaycan xalqınıntolerantlığından yararlanan bu xalqların da adət-ənənələrində bir doğmalıq,yaxınlıq müşahidə edilib və bu xüsusiyyət də, ölkəmizdə mövcud olanbirgəyaşayış nəticəsində əldə olunub. Bununla belə, ölkəmizdə məskunlaşan bütünazsaylı xalq özünəməxsus adətlərini, milli bayramlarını, mədəniyyətləriniqoruyub saxlamaqda və inkişaf etdirməkdə müstəqildirlər və onlar buimkanlarından tam istifadə edirlər.
Bu adət-ənənələrin bəzisibugünümüzə qədər gəlib çatıb. Öz adət-ənənələrini qoruyub saxlayan, ölkəmizdəmövcud olan multikultural dəyərlər, tolerant mühit nəticəsində onları yaşadanvə inkişaf etdirən xalqlardan biri - ləzgilərin həyat tərzi və adətləri,mərasimləri bizmi üçün də hər zaman keçərli olub.
Qafqaz dilli xalqlardan biri olanləzgilər kompakt şəkildə əsasən, cənub-şərqi Dağıstanda, qismən şimal-şərqiAzərbaycanda, az sayda isə dünyanın bir çox yerlərində yaşayırlar. Onların çoxuİslam dininin sünni məzhəbinə etiqad etsə də, Dağıstanın bir kəndində yaşayanləzgilər şiə məzhəbinə etiqad edirlər.
Tarixi alban, xristian vəmüsəlman dövrünə bölünən ləzgilər alban dövründə çoxallahlığa sitayiş etsələrdə, sonralar xristian və müsəlmanlığı qəbul ediblər. Ona görə də hər dövronların həyatında, mədəniyyət və adətlərində öz izini qoyub. Misal üçün, albandövrü ləzgilərə filosofluq, xristian dini əlifba, İslam dini isə onlara birsıra yeni qaydalar verib.
Ləzgilər Azərbaycanın Bakı,Sumqayıt, Gəncə kimi böyük şəhərləriində, eləcə də Quba, Qusar, Xaçmaz, Qəbələ,İsmayıllı, Oğuz və Qax rayonlarında yaşayırlar. Tarixə qısa nəzər salsaq,ləzgilərin Azərbaycana eramızdan əvvəl, III-IV minillikdə Yunanıstanın Kritadasından gəliklərini müşahidə edərik. Yaşamaq üçün Qafqaz dağlarını seçənləzgilər, bunu əvvəllər yaşadıqları yerlərdə sunamilərdən əziyyət çəkmələrisəbəbiylə ediblər. Yəni onlar sunamilərdən uzaq olmaq üçün, məhz dağlarıseçiblər.
Maraqlı adətləri, mədəniyyətləriilə tanınan ləzgiləri azərbaycanlılardan ayırmaq çətin olsa da, onlarınözünəməxsusluqlarını görmək üçün həyat tərzlərinə nəzər salmaq yetər.
Ləzgilər İslamı çətinliklə qəbuletsələr də, bəzi qaydaları hələ də tətbiq etmirlər. Məsələn, onlar islamdininin bir kişinin dörd həyat yoldaşı olması kimi qaydaları ilə razılaşmırlar.Ləzgilərdə hətta ata tərəfdən olan qohumların, xüsusən, əmiuşaqların evliliyiqadağandır.
Ləzgilərin toy adətləri dəözünəməxsusluğu ilə seçilir. Doğrudur, indi bəzi adətlər keçmişdə qalıb, ammabununla belə, müəyyən adətlər var ki, indi də qorunub saxlanılır.
Deyilənə görə, qədimdə ləzgitoyları yeddi gün olub. Sonralar isə günlərin sayı üç günə endirilib. Hazırda isə əksəriyyət birgün toy çaldırır. Oğlan evi toydan əvvəl qoç və cöngə kəsir, bu prosesdə nəslinbütün kişiləri iştirak edir. Bir nəfər gəlməzsə, heyvan kəsilə bilməz.Qohumlara verilən bu dəyər ləzgilərin bir-birinə olan hörmətiningöstəricisidir.
Ata evindən çıxan qız ocağı öpməlidir. O, başqakənddən olan şəxslə ailə qurursa, adətə görə, toy günü oğlan evindən birininqanı çıxmalıdır. Gəlin isə evdən çıxanda geri dönüb ata evinə baxa bilməz. Bu,qızın gözünün ata evində qalması kimi yozulur. Yəni gözü ata evində qalan qızınbəxti üzünə gülməz və nəticədə o, ata evinə qayıda bilər. Hər halda, ləzgilərbunu belə yozurlar. Bununla belə, ata evinə baxmaq üçün onun yanında güzgü olarki, evin əksi də ora düşər. Tərk etdiyi evə o, həmin güzgüdən baxar.
Toy evinin həyətindən, yaxud evin içindən mənası olanbir əşyanı oğurlamaq da adətdir. Onu da xatırladaq ki, bu gün də ləzgitoylarında başlıq pulu mövcuddur. Oğlan evi qız evinə ərəblərdən qalma adətkimi, başlıq pulu verməlidir.
Ləzgilərdə subay qızlar saçını bir hörük hörər, ailəqurandan sonra isə iki hörük. Hansısa qadının saçı iki hörülübsə, deməli o,ailəlidir. Ləzgilərin maraqlı adətlərindən biri də, adların atadan oğula,oğuldan da sonrakı nəslə keçməsidir. Bu mənada, bir nəsildə bir neçə adamdaeyni ad olur. Atanın adı isə mütləq oğulun uşaqlarından birinə qoyulmalıdır.
Ləzgilərin əl işləri də özünəməxsusdur. İsmayıllırayonunun Qalacıq kəndində qadın və qızların hamısının sumaq toxumaq bacarığıvar. Sumaq palaza bənzər örtükdür. Bu əşyanı həm məişət də, həm də revmatizmxəstəliyindən qorunmaq üçün istifadə edirlər. Ailə quran gənc qızın hamısısumaq toxumağı bacarmalıdır.
Ümumiyyətlə, ləzgi ailələrində qadının yeriyüksəkdədir. Bununla belə, qadınlar evdə kişinin hökmranlığını qəbul edirlər.Qadın həyat yoldaşından danışanda, "uşaqların atası" deməlidir ki, buda evdə ailə başçısına olan hörmətin əlamətidir. Analar daima ata ilə uşaqlararasında vasitəçi rolu oynayırlar. Atanın evə gəlməsi ilə evdə sükut bərqərarolmalıdır. Ləzgi ailələrində ana uşaqları həmişə atadan çəkinmək ruhundatərbiyə edirlər.
Qadın kişini hər işdə yüksək qiymətləndirməlidir.Uşaqları tərbiyə edən qadın olduğu üçün, onun da hörməti saxlanılır.
Ləzgi evləri ikimərtəbəli və eyvanlı olmalıdır. Bununda mənası odur ki, insanın yaşadığı yer heyvanınkından daha hündür olmalıdır.Ləzgilər birmərtəbəli yerləri heyvanlar, ikimərtəbəli olanları isə insanlarüçün nəzərdə tuturlar. Evlər bir-birinə çox yaxın, hətta bitişik inşa edilir.Onlar pis gözdən qorunmaq üçün keçmiş əyyamlardan həyətdə at və it sümükləriniasardılar. Bu adət hələ də qalır.
Ləzgilər evlərində, divarda içində deşik olançaxmaqdaşı asırlar. Çaxmaqdaşının üzərindəki deşiyin mənası da odur ki, səbretmək vacibdir. Yəni o, səbrin simvoludur. Onlar düşünür ki, 200 il müddətindədaşın üzərinə düşən damcılar deşik aça bilər. Eyni zamanda, bu çaxmaqdaşılarəvvəllər silah rolu oynayıb. Əlinə çaxmaqdaşını alan kəs, onun üzərindəkideşiyə baxaraq səbrli davranmalı olduğunu bilir.
Bütün qədim evlərin divarlarında xəncər olur. Tarixəndöyüşkən və mübariz olan ləzgilər xəncəri nəsildən-nəslə ötürülən əşya kimiqoruyurlar. O da faktdır ki, ləzgilər qədimlərdə qəbirlərə də xəncərqoyardılar. Yəni vuruşmaq onların qanında olduğu üçün, adətə görə hər kəsinmütləq xəncəri olmalıdır.
Bu maraqlı xalqın nümayəndələri evlərində divarda keçibuynuzları da asırlar ki, bu da qədimdən qalma adətdir. Ləzgilər ailələri acqalmadığı üçün hər il şükranlıq mənasında ya sentyabr, ya da mart ayında yeddibaş erkək keçi kəsirlər. Həmin keçilərdən birinin buynuzu da evin divarındanasılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz əvəzlənir. Keçini də, məhzmüdriklik əlaməti kimi, saqqalının olmasına görə seçiblər. Həm də, onun südü əntəmiz süd sayılır.
Ləzgilərin maraqlı inancları da mövcuddur. Belə ki,Xaçmazın ləzgilər yaşayan Dədəli kəndində insanlar istiot, ağ və qırmızı turpəkmirlər. Onlar acı dad verən qidaları əkməkdən ehtiyat edirlər. Bazarda kimsəkilolarla turp alsa, deyirlər ki, o adam mütləq dədəlidəndir. Onlar belə acıtərəvəzləri özləri əkməsələr də, qida kimi istifadə edirlər.
Dağ mühitində yaşayan ləzgilərin mətbəxi dəözünəməxsusluğu ilə seçilir. Onlar adətən açıq havada işlədikləri üçünyeməkləri də dağ mühitinə uyğundur. Ləzgilərin "tsıkan" adlıəvəzolunmaz milli yeməkləri var. Onlar mətbəxdə daha çox ət və buğdadanistifadə edirlər. Eləcə də, Azərbaycan türklərinin mətbəxi ilə üst-üstə düşənplov, düşbərə, xəngəl yeməklərini də sevirlər.
Ləzgilər içki içmirlər, meyvənektarı hazırlayır, "çat" adlanan içkidən istifadə edirlər. Qaranlıqyerdə saxladıqları buğda cücərəndə ondan doşaba oxşar məhsul hazırlayırlar.Ləzgilər daima barter üsulundan istifadə edərək yaşayıblar. Onlar kəndtəsərrüfatında işləyir, hətta dağlıq yerləri də əkib-becərirlər. Qalayçılıq isəonların lap qədimdən doğma sənətləri olub. Ləzgi qalayçıları indi də özməşhurluqlarını saxlayırlar.
Əsgər getməyən oğlana qızverməyən ləzgilərin, milli geyimləri də fərqlidir. Doğrudur, bu geyimləri keçənəsrdən bəri yalnız məxsusi günlərdə, rəqslərdə geyinən ləzgilərin paltarınınüstündə yeddi kazır-patron yeri olur. Onun da altısında barıt, birində duzolur. Duz ədalət rəmzidir, yəni nə qədər qalsa da xarab olmaz. Döyüşdə isələzgi gecə növbəsində ayıq-sayıq olmaq üçün həmişə üstündə olan xəncəri iləbarmağını kəsər, duz tökər və səhərə qədər yatmaz.
Geyimlərinə gəlincə, ləzgilərinkeçmişdə gödək kürk və enli, uzun "kaval" adlanan geyimləri də olub.Onlar, qadınlı-kişili hamısı bəzəkli corab geyərdilər. Ağ köynəklə qara şalvar,papaq və kürklərdən ibarət ləzgi geyimi isə ümumqafqaz tipindədir.
Beləliklə, bu gün Azərbaycanyerli aborigen tayfa birləşmələri və xalqları ilə yanaşı, öz taleyini butorpağa bağlayan milli azlıqların, etnik qrupların da doğma vətənidir. Onlargöründüyü kimi, öz mədəniyyətlərini, dillərini və milli xüsusiyyətlərini,adət-ənənələrini rahat şəkildə qoruyub-saxlaya və inkişaf etdirə biliblər. Buisə Azərbaycanın ərazisində yaşayan istənilən millətə multikultural və tolerantmünasibətin nəticəsidir.
Yazı"Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirməişinin təşkili” layihəsi çərçivəsində çap olunur.
Digər Xəbərlər

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ - VİDEO

Bu tarixədək 41 dərəcə isti olacaq

Prezident Xocalının Xanyurdu kəndinə köçən bir qrup sakinlə görüşdü - FOTOLAR + YENİLƏNİB

Prezident Ağdamda məktəb açılışında - FOTOLAR

Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR? – VİDEO

Leyla Əliyeva növbəti abad həyətin açılışında - FOTOLAR

Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTOLAR
