adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Yanvar 2023 18:01
693
İDMAN

Azərbaycanlı futbolçu “Zenit”ə transfer oldu

Kazanın “Rubin” klubunun azərbaycanlı müdafiəçisi Nigar Mirzəliyeva Rusiyanın digər təmsilçisi “Zenit”lə ikiillik müqavilə imzalayıb.

Bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevir (Azərbaycan) şəhərində anadan olub. O, 2012-ci ildə yerli idman bölməsində futbolun sirlərini öyrənməyə başlayıb.

Nigar Mirzəliyeva doqquz yaşında olarkən bir neçə ay “Mançester Yunayted”in akademiyasında təlim məşq proqramında iştirak edib.

2017-ci ildə Nigar Mirzəliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Akademiyasında təhsil almağa başlayıb. Eyni zamanda o, Azərbaycanın gənclər yığmasına dəvət alıb.

Nigar Mirzəliyeva Azərbaycanın U17, U19 komandalarında oynayıb. 2020-ci ildə əsas milli komandada debüt edib.