adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2022 12:44
1951
MEDİA

Azərbaycanın milli rəqəmsal təhlil platforması istifadəyə verilir

Medianın İnkişafı Agentliyi müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olaraq onlayn media subyekləri üçün də əlavə reklam fürsətinin yaradılması istiqamətində işlər görməkdədir.

Adalet.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi bu sahədə ixtisaslaşmış partnyorları ilə birgə bu gün Azərbaycanın milli rəqəmsal təhlil platforması olan metrics.az layihəsini təqdim edir.

“Qeyd edim ki, metrics.az təhlil platforması ölkədə 50-dən çox yerli vebsaytlar və eyni zamanda sorğular vasitəsilə Azərbaycanda ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün etibarlı məlumat bazası hesab oluna bilər”, - S.Şəfiyeva əlavə edib.(trend)