adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2022 14:01
370
GÜNDƏM

Azərbaycanın bu yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, oktyabrın 3-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.