adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Yanvar 2022 17:03
455
SAĞLAMLIQ

Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub - 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 625 726 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 340, ötən müddət ərzində isə ümumilikdə 6 006 500 test aparılıb.