Azərbaycanda son sutkada 45 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 043, bu günə qədər isə ümumilikdə 7 365 617 test icra olunub.
Digər Xəbərlər
17 Aprel 2024 16:00
Antibiotiklərin zərəri varmı?
16 Aprel 2024 09:54TƏBİB sürücülərə MÜRACİƏT ETDİ
16 Aprel 2024 09:25Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
15 Aprel 2024 14:37Çingiz Abdullayev qidadan zəhərlənməyib - RƏSMİ
15 Aprel 2024 11:44